21 mart 2026. Şənbə

"Barselona" Şesni ilə bağlı planlarını dəyişməyib


"Barselona" Şesni ilə bağlı planlarını dəyişməyib

"Barselona" qapıçı Voyçex Şesni ilə bağlı planlarında heç bir dəyişiklik etməyib.

90deqiqe.Az-ın məlumatına görə, yaxın günlərdə "Espanyol"un qapıçısı Joan Qarsiya "blauqrana" klubuna transfer olunacaq. Lakin bu keçid polşalı qolkiperin gələcəyinə təsir göstərməyəcək – Şçesnı ilə yeni müqavilə imzalanacaq.

Tərəflər artıq 2027-ci ilə qədər nəzərdə tutulan müqavilənin şərtlərində razılığa gəlib. 35 yaşlı qapıçının mövcud müqaviləsi bu ayın sonunda başa çatır.

Xatırladaq ki, Şesni ötən ilin oktyabrında "Barselona"ya keçdikdən sonra bütün turnirlərdə 30 oyunda forma geyinib və ümumilikdə 36 qol buraxıb.







İspaniya L.L.

Alvaresin əvəzinə Qrinvud
  • İspaniya L.L.
  • 20:52 17.03.2026
Alvaresin əvəzinə Qrinvud
“Betis”dən heç-heçə
  • İspaniya L.L.
  • 23:39 15.03.2026
“Betis”dən heç-heçə