- İspaniya L.L.
- 23:59 30.03.2026
“Barselona” yaxın günlərdə qapıçı Xoan Qarsiyanın transferini rəsmiləşdirməyə hazırlaşır.
90deqiqe.Az-ın “Sport"a istinadən yaydığı məlumata görə, Kataloniya klubu bu keçidi tamamladıqdan sonra alman qolkiper Mark-Andre ter Ştegenlə ayrılıqla bağlı danışıqlara başlamağı planlaşdırır.
“Barselona” Ter Ştegenə müqaviləsinin növbəti ilinə görə ödəniş etməyi və eyni zamanda onun azad agent statusu qazanmasını təklif edəcək. Bu addım alman futbolçuya başqa klublarla sərbəst şəkildə danışıqlar aparmaq imkanı verəcək.
Bununla belə, klubun bu planı asanlıqla reallaşmaya bilər. Belə ki, Ter Ştegen “Barselona”dan ayrılmaq niyyətində deyil. O, yaxın günlərdə verdiyi açıqlamada növbəti mövsümü də komandanın heyətində keçirəcəyini bildirib.
Qeyd edək ki, 33 yaşlı qapıçının “Barselona” ilə mövcud müqaviləsi 2028-ci ilin ortalarınadək qüvvədədir.