14 iyun 2025. Şənbə

"Atletiko Madrid" qapıçı Xuan Mussonun hüquqlarını alıb


"Atletiko Madrid" qapıçı Xuan Mussonun hüquqlarını alıb

"Atletiko Madrid" "Atalanta"nın qapıçısı Xuan Mussonun tam transferini tamamlayıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

2025-ci ilin yanvarından icarə əsasında "döşək ustaları"nda çıxış edən futbolçu indi 2028-ci ilə qədər müqavilə imzalayaraq daimi əsasda bu komandanın oyunçusuna çevrilib. Transferin dəyəri 3 milyon avro olaraq qiymətləndirilir.

2024/2025 klub mövsümündə Musso 11 matçda iştirak edib, səkkiz qol buraxıb və yeddi dəfə "quru" keçirib.

La Liqanın son püşkatmasının nəticələrinə görə, “Atletiko” 76 xal toplayaraq İspaniya çempionatının yüksək divizionunun turnir cədvəlində üçüncü yeri tutub.







İspaniya L.L.