- İspaniya L.L.
- 20:36 29.01.2026
"Real Madrid"in baş məşqçisi Xabi Alonso Madrid nəhənginin "sükanı arxasında" debüt matçından danışıb.
90deqiqe.Az xəbər verir ki, "ESPN " təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.
"Dəyişikliklərin vaxt aparacağını bilirdim. Düzəliş edilməli olan aspektlər var və biz bunu edəcəyik. Kifayət qədər vaxt yoxdur. Hazırlaşmaq üçün cəmi doqquz günümüz var idi və bəzi oyunçuların cəmi üç məşqi var idi. Bu o qədər də sadə deyil, amma biz turnirdə iştirak edirik və öyrənməyə çalışırıq. Planlarımızı həyata keçirmək üçün vaxt lazımdır"
Xatırladaq ki, “Kral klubu” klublararası dünya çempionatının qrup mərhələsinin 1-ci turunda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə 1:1 hesabı ilə heç-heçə edib.
Alonso 2025-ci il Klublararası Dünya Çempionatı başlamazdan əvvəl Madrid komandasına rəhbərlik edirdi. İspaniyalının son iş yeri 2022-ci ilin oktyabrından rəhbərlik etdiyi “Bayer” olub. “qaymaqlılar” növbəti matçını iyunun 22-də meksikalı “Paçuka” ilə keçirəcək.