15 iyul 2025. Çərşənbə axşamı

“Barselona” Niko Uilyamsla razılığa gəlib


“Barselona” Niko Uilyamsla razılığa gəlib

"Barselona" heyətini gücləndirmək istiqamətində işlərini davam etdirir.

90deqiqe.Az-ın məlumatına görə, Kataloniya təmsilçisi "Atletik" klubunun cinah oyunçusu Nikko Uilyamsla şəxsi müqavilə şərtlərində razılığa gəlib.

Tərəflər 22 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər – altı illik müqavilə imzalanması üzərində razılığa gəliblər. Müqavilə çərçivəsində Uilyamsın illik maaşı vergilərdən sonra 7-8 milyon avro civarında olacaq.

Hazırda “Barselona” “Atletik”lə transferin maliyyə detalları üzərində danışıqları davam etdirir.

Daha öncə İspaniya mətbuatında yer alan xəbərlərə əsasən, “Barselona”nın idman direktoru Deko Uilyamsla şəxsi görüş keçirmək üçün İbizaya səfər edib.

Xatırladaq ki, Nikko Uilyamsın mövcud müqaviləsində 58 milyon avroluq sərbəstqalma maddəsi yer alıb.

 







İspaniya L.L.

“Messi ilə eyni səviyyədə idi”
  • İspaniya L.L.
  • 23:59 14.07.2025
“Messi ilə eyni səviyyədə idi”
Vinisius və "Real" arasında narazılıq
  • İspaniya L.L.
  • 13:12 13.07.2025
Vinisius və "Real" arasında narazılıq
"Barselona" onunla müqavilə imzalayıb
  • İspaniya L.L.
  • 23:51 12.07.2025
"Barselona" onunla müqavilə imzalayıb