14 iyul 2025. Bazar ertəsi

Mbbappe xəstəxanaya yerləşdirildi


Mbbappe xəstəxanaya yerləşdirildi

"Real Madrid" klubu hücumçusu Kilian Mbappenin səhhəti ilə bağlı rəsmi açıqlama yayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə,26 yaşlı futbolçu kəskin qastroenterit səbəbindən ABŞ-da xəstəxanaya yerləşdirilib.

“Futbolçumuz Kilian Mbappe kəskin qastroenteritdən əziyyət çəkir və bununla bağlı olaraq bir sıra tibbi müayinələrdən keçməsi və müvafiq müalicə alması üçün hospitala yerləşdirilib”, – deyə “Real”ın açıqlamasında bildirilir.

Qeyd edək ki, Mbappe sözügedən xəstəlik səbəbilə 2025-ci il Klublararası Dünya Çempionatının ilk turunda “Əl-Hilal”la keçirilən matçı buraxıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

“Real Madrid” turnirin ikinci turunda iyunun 22-də Meksikanın “Paçuka” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







İspaniya L.L.

Vinisius və "Real" arasında narazılıq
  • İspaniya L.L.
  • 13:12 13.07.2025
Vinisius və "Real" arasında narazılıq
"Barselona" onunla müqavilə imzalayıb
  • İspaniya L.L.
  • 23:51 12.07.2025
"Barselona" onunla müqavilə imzalayıb