18 avqust 2026. Çərşənbə axşamı

Kurtua "Real"la yeni müqaviləyə yaxındır


 Kurtua "Real"la yeni müqaviləyə yaxındır

Belçikalı qapıçı Tibo Kurtua "Real Madrid"lə yeni müqavilə imzalamağa yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, Madrid təmsilçisi 33 yaşlı qolkiper üçün yeni əmək müqaviləsinin yekun variantını hazırlayıb. Tibo Kurtuanın özü də "Santyaqo Bernabeu"da qalmağa razıdır.

Hazırda tərəflər arasında qüvvədə olan müqavilə 2026-cı ilin yayında başa çatır. Tibo Kurtua 2018-ci ilin yayında "Çelsi"dən "Real Madrid"ə transfer olunub.

Ötən mövsüm belçikalı qapıçı "Real"ın heyətində 47 matçda iştirak edib və onlardan 15-də qapısını toxunulmaz saxlayıb.

Transfermarkt portalının məlumatına əsasən, Kurtuanın bazar dəyəri 25 milyon avro təşkil edir.







İspaniya L.L.

“Barselona” “Bazel”i məğlub edib
  • İspaniya L.L.
  • 20:52 16.08.2026
“Barselona” “Bazel”i məğlub edib