19 iyul 2026. Bazar günü

Ərəblər "Barselona"nın futbolçusunu hədəfə alıb


Ərəblər "Barselona"nın futbolçusunu hədəfə alıb

"Barselona"nınyarımmüdafiəçisi Fermin Lopes, gələcəkdə klubunun qeydiyyatını dəyişə bilər.

90deqiqe.Az-ın "ESPN"ə istinadən yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı çempionatının klubları  22 yaşlı futblçunun transferində maraqlıdır. Lakin həm futbolçunun özü, həm də "Barselona" rəhbərliyi, hələlik yollarını ayırmağı planlaşdırmır və əməkdaşlıqlarını davam etdirmək istəyirlər.

Ötən mövsüm, Fermin Lopes "Barselona"nın heyətində 46 matçda iştirak edib, 8 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun "Barselona" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər davam edir. Transfermarkt portalı isə Lopesin bazar qiymətini 50 milyon avro olaraq qiymətləndirir.







İspaniya L.L.

Joze Mourinyo "Real"dakı işinə başladı
  • İspaniya L.L.
  • 23:16 10.07.2026
Joze Mourinyo "Real"dakı işinə başladı