31 mart 2026. Çərşənbə axşamı

Mbappe klublararası dünya çempionatının növbəti oyununu da buraxacaq


 Mbappe klublararası dünya çempionatının növbəti oyununu da buraxacaq

"Real Madrid"in ulduz hücumçusu Kilian Mbappe klublararası dünya çempionatının 2-ci turunda da meydana çıxmayacaq.

90deqiqe.Az-ın "Marca"ya istinadən yaydığı məlumata görə, 25 yaşlı futbolçu komandanın Meksika təmsilçisi “Paçuka” ilə qarşılaşmasına aparılmayacaq.

Mbappe daha əvvəl kəskin qastroenterit diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Nəticədə o, “Kral klubu”nun dünya çempionatındakı ardıcıl ikinci oyununu da buraxmaq məcburiyyətində qalacaq.

Fransalı futbolçu hələ də komanda ilə birlikdə məşq etmir və hazırda oteldə fərdi məşqlərlə kifayətlənir. Onun turnirin növbəti mərhələlərində iştirak edib-etməyəcəyi tibbi müşahidələrdən sonra dəqiqləşəcək. Həkimlər vəziyyəti gündəlik olaraq qiymətləndirirlər.

Qeyd edək ki, Klublararası Dünya Çempionatının ilk turunda “Real Madrid” Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə 1:1 hesablı heç-heçə etmişdi. Mbappe həmin oyunda da iştirak etməmişdi.







İspaniya L.L.

“Real Madrid"də hamı tənqid olunur”
  • İspaniya L.L.
  • 21:22 29.03.2026
“Real Madrid"də hamı tənqid olunur”
"Ronaldo mənim kumirimdir"
  • İspaniya L.L.
  • 23:58 27.03.2026
"Ronaldo mənim kumirimdir"
“Barselona” kapitanını itirdi
  • İspaniya L.L.
  • 23:39 27.03.2026
“Barselona” kapitanını itirdi
Koke “Atletiko”da qalacaq
  • İspaniya L.L.
  • 23:55 26.03.2026
Koke “Atletiko”da qalacaq
"Barselona"da qalmaq istəyirəm"
  • İspaniya L.L.
  • 23:53 26.03.2026
"Barselona"da qalmaq istəyirəm"