4 iyul 2026. Şənbə

“İrqçiliyə dözümlülük yoxdur” - Xabi Alonso


“İrqçiliyə dözümlülük yoxdur”  -  Xabi Alonso

"Real Madrid"in baş məşqçisi Xabi Alonso klublararası dünya çempionatının qrup mərhələsinin 2-ci turunda "Paçuka" ilə keçirilən matçdan sonra baş verən qalmaqallı hadisəyə münasibət bildirib. 

90deqiqe.Az xəbər verir ki, "Mundo Deportivo" çalışdırıcının dediklərini belə çatdırıb.

"Biz Toni Rüdigeri tam dəstəkləyirik. İndi FİFA-nın protokolu işə düşəcək və araşdırmalar aparılacaq. Əgər belə bir hadisə doğrudan da baş veribsə, bu, tamamilə qəbuledilməzdir. İrqçiliyə heç bir halda dözümlülük göstərilə bilməz"

Qeyd edək ki, oyun zamanı "Paçuka"nın futbolçusu Qustavo Kabralın "qaymaqlılar"ın almaniyalı müdafiəçisi Antonio Rüdigerə qarşı irqçi ifadələr işlətdiyi iddia olunur.

Xatırladaq ki, matçın son dəqiqələrində Rüdiger argentinalı futbolçunun ona qarşı irqçi təhqirlər səsləndirdiyini bildirərək baş hakimi məlumatlandırmış və bu səbəbdən oyun bir müddətlik dayandırılmışdı. Qarşılaşma "Real Madrid"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.







İspaniya L.L.

Arauxo “Barselona”da qalmaq istəyir
  • İspaniya L.L.
  • 23:48 02.07.2026
Arauxo “Barselona”da qalmaq istəyir
"Luka Modriç mənim üçün bütdür"
  • İspaniya L.L.
  • 22:07 30.06.2026
"Luka Modriç mənim üçün bütdür"
"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"