18 avqust 2026. Çərşənbə axşamı

“Komandaya qələbə qazandıra biləcəyimi bilə-bilə yuxuya getmək çətin idi”


“Komandaya qələbə qazandıra biləcəyimi bilə-bilə yuxuya getmək çətin idi”

"Real Madrid"in yarımmüdafiəçisi Federiko Valverde Klublararası Dünya Çempionatında Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandası ilə oyunda qaçırdığı penalti epizodunu xatırlayıb.

90deqiqe.Az xəbər verir ki, "Marca" nəşri uruqvaylı futbolçunun dediklərini belə çatdırıb.

"Komandaya qələbə qazandıra biləcəyinizi bilə-bilə yuxuya getmək çətindir. Komanda yoldaşlarımın zəhmətini boşa verdiyim üçün özümü tənqid etdim. Amma əminəm ki, gələcəkdə penalti olsa, komanda mənə yenə güvənəcək."

Qeyd edək ki, "Əl-Hilal"la qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Turnirin ikinci turunda isə "Real Madrid" meksikalı "Paçuka"ya qarşı 3:1 hesablı qələbə qazanıb. Bu görüşdə "Los Blancos"un qollarından biri də məhz Valverdenin adına yazılıb.







İspaniya L.L.

“Barselona” “Bazel”i məğlub edib
  • İspaniya L.L.
  • 20:52 16.08.2026
“Barselona” “Bazel”i məğlub edib