15 iyul 2025. Çərşənbə axşamı

Bellinqhem əməliyyat olunacaq - 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq


Bellinqhem əməliyyat olunacaq   - 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq

“Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqhem ciddi zədəyə görə uzun müddət meydana çıxmayacaq.

90deqiqe.Az xəbər verir ki, 20 yaşlı futbolçu çiynindəki problemlə əlaqədar əməliyyat olunacaq və bu səbəbdən 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq.

Bellinqhem özü də daha öncə əməliyyatın klublararası dünya çempionatından sonra keçiriləcəyini təsdiqləmişdi. Bu isə o deməkdir ki, ingilis futbolçu, “Real Madrid”in növbəti mövsümün start matçlarını buraxacaq.

Bellinqhem 2023-cü ildən "Real Madrid"də çıxış edir. Əvvəllər yarımmüdafiəçi ingilisin transferinə görə 113 milyon avro alan Dortmund "Borussiya"sında çıxış edib. Keçən mövsüm Bellinqhem klubda 54 matçda 15 qol vurub və 14 məhsuldar ötürmə edib.







İspaniya L.L.

“Messi ilə eyni səviyyədə idi”
  • İspaniya L.L.
  • 23:59 14.07.2025
“Messi ilə eyni səviyyədə idi”
Vinisius və "Real" arasında narazılıq
  • İspaniya L.L.
  • 13:12 13.07.2025
Vinisius və "Real" arasında narazılıq
"Barselona" onunla müqavilə imzalayıb
  • İspaniya L.L.
  • 23:51 12.07.2025
"Barselona" onunla müqavilə imzalayıb