8 iyun 2026. Bazar ertəsi

“Real” David Alaba ilə yollarını ayırmağa hazırlaşır


“Real” David Alaba ilə yollarını ayırmağa hazırlaşır

Madrid “Real”ı müdafiəçi David Alaba ilə müqaviləni tamamladıqdan sonra yollarını ayırmağa qərarlıdır.

90deqiqe.Az xəbər verir ki, avstriyalı futbolçu 2023-cü ilin sonlarında ağır zədə aldıqdan sonra hələ də tam sağalmayıb. O zaman xondral zədələnmə ilə üzləşən Alabanın sonradan eyni oynağında menisk problemi də aşkarlanıb. Baş məşqçi Xabi Alonso bildirib ki, futbolçunun bərpa prosesi hələ davam edir və meydanlara dönüşü vaxt tələb edir.

Mövcud müqavilə 2026-cı ilin yayında başa çatacaq. Klub isə bu tarixdən sonra oyunçunun illik 19.5 milyon avro olan yüksək əməkhaqqısını maaş cədvəlindən çıxarmağı planlaşdırır.

Qeyd edək ki, bu həftə David Alaba 33 yaşını qeyd edib.

 

 







İspaniya L.L.

Peres yenidən "Real"a prezident seçildi
  • İspaniya L.L.
  • 00:28 08.06.2026
Peres yenidən "Real"a prezident seçildi