9 iyul 2025. Çərşənbə

“Barselona”dan Niko Uilyamsa qeydiyyat zəmanəti


“Barselona”dan Niko Uilyamsa qeydiyyat zəmanəti

“Barselona” klubu “Atletik Bilbao" komandasında çıxış edən hücumçu Niko Uilyamsa transferi baş tutacağı təqdirdə onun La Liqada qeydiyyatına tam təminat verib.

90deqiqe.Az-ın “Sport.es”ə istinadən məlumatına görə, Kataloniya klubu gələn həftə La Liqanın maliyyə normalarına əsaslanan 1:1 prinsipinə geri dönə bilər. Bu baş verərsə, “Barselona” Uilyamsla bağlı transferi rəsmiləşdirmək üçün lazımi imkanlara sahib olacaq.

Hazırda La Liqa klubun təqdim etdiyi təklif variantını qiymətləndirir. “Barselona” futbolçunun altı illik müqavilə çərçivəsində maaş ödənişlərini elə formada bölüşdürmək istəyir ki, qeydiyyat prosesində heç bir maliyyə problemi yaşanmasın.

Daha əvvəl 22 yaşlı futbolçunun “Barsa” rəhbərliyindən qeydiyyat məsələsində real təminat tələb etdiyi xəbər verilmişdi.







İspaniya L.L.

İvan Rakitiç karyerasını başa vurdu
  • İspaniya L.L.
  • 17:07 07.07.2025
İvan Rakitiç karyerasını başa vurdu
Lunin "Real"la bağlı qərar verib
  • İspaniya L.L.
  • 23:20 05.07.2025
Lunin "Real"la bağlı qərar verib