- İspaniya L.L.
- 20:36 29.01.2026
"Real Madrid" yay transfer pəncərəsində yarımmüdafiəçi Franko Mastantuononu heyətinə qatmağa hazırlaşır.
90deqiqe.Az-ın məlumatına görə, bu keçidlə bağlı strateji qərar verən Madrid təmsilçisi, gənc oyunçu Nikо Pasın geri alınması variantından imtina edib.
Beləliklə, 20 yaşlı futbolçu növbəti mövsümü "Komо" klubunda keçirəcək. "Real" bu yay onu 8 milyon avroya geri ala bilərdi, lakin bu hüquqdan istifadə etməyib. Gələn il bu məbləğ 9 milyon, 2027-ci ildə isə artıq 10 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Mastantuononun transferi "Real"ın gələcək planlarında əsas fiqurlardan biri kimi nəzərdə tutulur.