14 dekabr 2025. Bazar günü

“Bu klubun bir parçası olmaq mənim üçün şərəf idi”


“Bu klubun bir parçası olmaq mənim üçün şərəf idi”

İspaniyalı yarımmüdafiəçi Saul Niqes 2023/24 mövsümünü icarə əsasında keçirdiyi “Sevilya” klubuna sosial şəbəkə vasitəsilə təşəkkür edib.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli futbolçu andalusiya təmsilçisindəki dönəmini dəyərləndirərək, klubun bir hissəsi olmağın onun üçün böyük şərəf olduğunu bildirib.

“Mənim üçün “Sevilya” kimi tarixi klubun bir parçası olmaq şərəf idi. İlk gündən qərarımdan əmin idim və klubun mənə göstərdiyi sevgini hiss edərək gücüm yetən qədərini verdim. Rəhbərliyə, məşqçilərə, komanda yoldaşlarıma və xüsusilə çətin günlərdə dəstəyini əsirgəməyən azarkeşlərə təşəkkür edirəm. Mövsüm hamımızın istədiyi kimi getmədi, lakin komanda ruhu və təslim olmamaq əzmi yaddaqalan oldu. Bugün geriyə baxdıqda, “Sevilya” ilə bağlı yalnız müsbət xatirələr qaldığını anlayıram. Təşəkkürlər, “Sevilya”!”

30 yaşlı futbolçu geridə qalan mövsümdə “Sevilya”nın heyətində 26 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

İcarə müddəti başa çatan Niqes yayda “Atletiko Madrid" klubuna geri dönəcək. Onun Madrid təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyuluna qədər qüvvədədir.







İspaniya L.L.

“Qrizmann klubun əfsanəsidir”
  • İspaniya L.L.
  • 22:49 13.12.2025
“Qrizmann klubun əfsanəsidir”
“Rodriqo satılmayacaq”
  • İspaniya L.L.
  • 23:51 12.12.2025
“Rodriqo satılmayacaq”