19 iyul 2026. Bazar günü

Kristensen "Barselona"da əsas heyətə qayıtmaq üçün hazırlıqlara başlayıb


Kristensen "Barselona"da əsas heyətə qayıtmaq üçün hazırlıqlara başlayıb

"Barselona"nın mərkəz müdafiəçisi Andreas Kristensen yay tətilini vaxtından əvvəl başa vuraraq fərdi məşqlərə başlayıb.

90deqiqe.Az xəbər verir ki, 29 yaşlı futbolçunun məqsədi 13 iyulda start götürəcək mövsümöncəsi hazırlıq dönəminə qədər optimal fiziki formaya düşmək və keçən mövsüm yaşadığı çətinliklərdən sonra əsas heyətdə yer qazanmaqdır.

Futbolçunun klubdan ayrılacağı ilə bağlı iddialar yayılıb. Mərkəz müdafiəçisinə "Yuventus" və Səudiyyə Ərəbistanı çempionatından maraq göstərildiyi bildirilir.

Qeyd edək ki, ötən mövsümdə zədələr səbəbindən danimarkalı cəmi altı oyunda iştirak edə bilib. Onun "Barselona" ilə mövcud müqaviləsi gələn il başa çatır.







İspaniya L.L.

Joze Mourinyo "Real"dakı işinə başladı
  • İspaniya L.L.
  • 23:16 10.07.2026
Joze Mourinyo "Real"dakı işinə başladı