5 dekabr 2025. Cümə

Arauxo “Barselona”dakı gələcəyi ilə bağlı qərarını verib


Arauxo “Barselona”dakı gələcəyi ilə bağlı qərarını verib

Uruqvaylı futbolçu Ronald Arauxonun “Barselona”da qalmaq qərarına gəlib.

90deqiqe.Az-ın “Mundo Deportivo"ya  istinadən yaydığı xəbərə görə, 1–15 iyul tarixləri arasında müdafiəçinin müqaviləsini 60 milyon avroya almaq mümkün olsa da, hələlik konkret təklif yoxdur.

26 yaşlı futbolçu artıq komandaya qayıdaraq fərdi proqram əsasında məşqlərə başlayıb. Bu da onun “Barselona”nın heyətində qalmaq və əsas heyət uğrunda mübarizə aparmaq istədiyini göstərir.

Arauxonun Kataloniya təmsilçisi ilə hazırkı müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. Klub rəhbərliyi və texniki heyət onun yeni mövsümdə komandada önəmli rol oynayacağına ümid edir.







İspaniya L.L.