- İspaniya L.L.
- 23:51 04.12.2025
“Real Madrid”in hücumçusu Qonsalo Qarsiyanın gələcəyi müəyyənləşib.
90deqiqe.Az-ın məlumatına görə, 21 yaşlı hücumçu klublararası dünya çempionatındakı təsirli çıxışı ilə bir sıra klubların diqqətini üzərinə çəksə də, “kral klubu” oyunçunu nə icarəyə vermək, nə də satmaq niyyətindədir.
“Real” yay transfer pəncərəsi dövründə Qarsiyanı komandada saxlamağı planlaşdırır. Baş məşqçi Xabi Alonso da gənc futbolçunun performansından razıdır və hətta Kilian Mbappenin sağlam olduğu halda belə, onu heyətdə görmək istəyir.
“Transfermarkt” portalı Qarsiyanın bazar dəyərini 8 milyon avro olaraq qiymətləndirir. Gənc futbolçunun “Real”ın gələcək planlarında mühüm yer tutduğu vurğulanır.