5 dekabr 2025. Cümə

“Əgər fərqli düşüncədə olsaydı, o Neymar olmazdı”


“Əgər fərqli düşüncədə olsaydı, o Neymar olmazdı”

“Barselona”nın qapıçısı Voyçek Şensnı klubun gənc ulduzu Lamin Yamalın Neymarla müqayisə olunmasına münasibət bildirib.

90deqiqe.Az-ın “Mundo Deportivo”ya istinadən yaydığı xəbərə görə, polşalı qolkiperi braziliyalı hücumçunun futboldakı mirasını dəyərləndirərkən onun karyerasının heç də uğursuz olmadığını vurğulayıb.

“İnsanlar deyir ki, Neymar başqa düşüncə tərzinə sahib olsaydı, futbolda daha çox şey əldə edə bilərdi. Amma əgər mən onun yerində futbola və həyata fərqli yanaşsaydım, o zaman artıq o Neymar olmazdım – şou göstərən, insanların zövq aldığı bir futbolçu olmazdım”

Qeyd edək ki, 17 yaşlı Lamin Yamal ötən mövsüm “Barselona” ilə 55 matçda iştirak edərək 18 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb. O, komandasının heyətində La Liqa çempionluğu, İspaniya Kuboku və Superkubokunu qazanıb. Eyni zamanda İspaniya yığması ilə UEFA Millətlər Liqasının finalına yüksəlib.







İspaniya L.L.