5 dekabr 2025. Cümə

“Real Madrid” rəhbərliyi ciddi addımlar atır - komanda daxilində fərdi danışıqlar başlayır


“Real Madrid” rəhbərliyi ciddi addımlar atır   - komanda daxilində fərdi danışıqlar başlayır

Madridin “Real” klubu yaxın günlərdə komanda daxilində ciddi dəyişikliklərin təməlini qoymağa hazırlaşır.

90deqiqe.Az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, “kral klubu”nun rəhbərliyi bir neçə futbolçu ilə fərdi söhbətlər aparacaq.

Bu qərar dünən klublararası dünya çempionatının yarımfinalında PSJ qarşısında alınan 0:4 hesablı darmadağın məğlubiyyətindən sonra verilib. Məlumata görə, klub rəhbərliyi oyunçuların gələcək planlarını və “Real Madrid”ə olan bağlılıqlarını birbaşa öyrənmək niyyətindədir.

Xüsusilə, rəhbərliyi Vinisius Juniorun fiziki və psixoloji vəziyyəti narahat edir. Klubun əsas fiqurlarından biri sayılan braziliyalı vingerin hazırkı forması “Real” rəhbərliyi tərəfindən qənaətbəxş hesab olunmur.

Digər tərəfdən, yeni baş məşqçi Xabi Alonso Rodriqo Qoesun gələcəyinə dair qərarını verib – ispan mütəxəssis braziliyalı futbolçunu növbəti mövsüm üçün planlarına daxil etmir.

“Real”da qarşıdakı günlərdə ciddi daxili təhlil və dəyişikliklərin olacağı gözlənilir.







İspaniya L.L.