- İspaniya L.L.
- 23:51 04.12.2025
“Barselona” klubu sabiq hücumçusu Lionel Messini 2026-cı ilin yayında başa çatması gözlənilən “Kamp Nou” stadionunun yenidənqurmasından sonra xüsusi mərasimlə təltif etməyi planlaşdırır.
90deqiqe.Az xəbər verir ki, bu təşəbbüslə bağlı hələlik argentinalı futbolçu ilə heç bir rəsmi əlaqə saxlanılmayıb. Tədbirin keçirilməsi, Messinin klub prezidenti Joan Laporta ilə münasibətlərindəki gərginlik səbəbindən sual altına düşə bilər. Xatırladaq ki, Messi 2021-ci ildə “Barselona”dan emosional şəkildə ayrıldıqdan sonra Laporta ilə bütün əlaqələrini kəsib və onunla heç bir şəkildə ünsiyyətdə olmaq istəmədiyini bildirib.
Bununla belə, Lionel Messi "Barselona"ya hələ də böyük hörmət bəsləyir və bu klubu öz futbol evi hesab edir.
Xatırladaq ki, Messi "Barselona" akademiyasına 2000-ci ildə qoşulub və 2021-ci ilə qədər klubun formasını geyinib. Bu müddətdə 778 oyunda 672 qol vurub, 303 məhsuldar ötürmə edib. O, katalon klubunun heyətində 4 dəfə Çempionlar Liqası, 10 dəfə La Liqa çempionluğu yaşayıb.