- İspaniya L.L.
- 23:51 04.12.2025
"Barselona"nın və İspaniya millisinin gənc ulduzu Lamin Yamal özünə hansı arzunu dilədiyini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, 18 yaşlı futbolçu bu barədə klubun rəsmi saytına danışıb.
"16 və 17 yaşımda əldə etdiyim uğurların davamını arzulayıram. Əlavə olaraq, Çempionlar Liqasını və dünya çempionatını qazanmaq istəyirəm. Amma bu barədə çox düşünmürəm. Qarşıda hələ çox illərim var və bu uğurlar üçün əlimdən gələni etməyə hazıram"
"Barselona"nın yetirməsi olan Yamal geridə qalan mövsümdə bütün turnirlər daxil olmaqla 55 oyunda iştirak edib, 18 qol vurub və 25 məhsuldar ötürmə ilə yadda qalıb. 2031-ci ilin yayına qədər Kataloniya klubu ilə müqaviləsi olan 18 yaşlı vingerin transfer dəyəri "Transfermarkt" portalına görə 200 milyon avro təşkil edir.