14 dekabr 2025. Bazar günü

Yamal “Barselona”da 10 nömrəli formanı geyinəcək - FOTO


Yamal “Barselona”da 10 nömrəli formanı geyinəcək  - FOTO

“Barselona”  hücumçusu Lamin Yamal ilə müqavilənin uzadıldığını elan etməklə yanaşı, gənc futbolçunun 2025/2026 mövsümündən etibarən neçə nömrəli forma ilə çıxış edəcəyini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, 18 yaşlı bundan sonra 10 nömrəli forma ilə çıxış edəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, 10 nömrə “Barselona”nın tarixi nömrələrindən biri hesab olunur. 2008–2021-ci illərdə bu nömrə altında əfsanəvi hücumçu Lionel Messi meydana çıxıb. Argentinalı ulduz klubdan ayrıldıqdan sonra 10 nömrə gənc istedad Ansu Fatiyə həvalə olunsa da, onun karyerası zədələr səbəbindən istənilən səviyyəyə çatmadı. Fati bu yay “Monako”ya icarəyə verildi.

Yamal ötən mövsüm 19 nömrəli forma ilə çıxış edib. Maraqlıdır ki, Messinin “Barselona”dakı ilk oyunlarında da məhz bu nömrə onun üzərində olub.

2024/2025 mövsümündə Lamin Yamal 55 oyunda 18 qol vurub və 25 məhsuldar ötürmə ilə yadda qalıb.







İspaniya L.L.

“Qrizmann klubun əfsanəsidir”
  • İspaniya L.L.
  • 22:49 13.12.2025
“Qrizmann klubun əfsanəsidir”
“Rodriqo satılmayacaq”
  • İspaniya L.L.
  • 23:51 12.12.2025
“Rodriqo satılmayacaq”