14 dekabr 2025. Bazar günü

Bellinqhem əməliyyat olundu


Bellinqhem əməliyyat olundu

Madrid “Real”ı yarımmüdafiəçisi Cud Bellinqhemin sol çiynindən uğurla əməliyyat olunduğunu açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə məlumat “kral klubu”nun rəsmi saytında yer alıb.

“Futbolçumuz Cud Bellinqhem təkrarlanan sol çiyin çıxığı səbəbilə uğurlu cərrahiyyə əməliyyatı keçirdi. Əməliyyat doktorlar Manuel Leyes və Endryu Uolles tərəfindən, “Real Madrid”in tibbi heyətinin nəzarəti altında aparılıb. Hazırda Bellingem bərpa prosesi keçir və komanda ilə məşqlərə qayıtmağa hazırlaşır”, — deyə klubun açıqlamasında bildirilir.

Xatırladaq ki, ingiltərəli futbolçu 2023-cü ilin noyabrında “Rayo Valyekano” ilə qarşılaşmada çiynindən zədələnmişdi. O vaxt Bellingem əməliyyatsız bərpa planını seçmiş və mövsüm ərzində çıxışını davam etdirmişdi.







İspaniya L.L.

“Qrizmann klubun əfsanəsidir”
  • İspaniya L.L.
  • 22:49 13.12.2025
“Qrizmann klubun əfsanəsidir”
“Rodriqo satılmayacaq”
  • İspaniya L.L.
  • 23:51 12.12.2025
“Rodriqo satılmayacaq”