29 iyun 2026. Bazar ertəsi

"Atletiko" Kardosonu "Betis"dən alıb


"Atletiko" Kardosonu "Betis"dən alıb

Madridin “Atletiko” klubu ABŞ millisinin üzvü Conni Kardozo ilə rəsmi müqavilə imzalayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı dayaq yarımmüdafiəçisi ilə beş illik anlaşma əldə olunub.

Kardozo peşəkar futbol karyerasına Braziliyanın “İnternasional” klubunda başlayıb. 2024-cü ilin əvvəlində o, 6 milyon avroya “Betis”ə keçmişdi. Cəmi bir ildən sonra isə "Atletiko" oyunçunu heyətinə qataraq onun transferinə 24 milyon avro ödəyib. Bu, oyunçunun Transfermarkt portalında göstərilən 25 milyon avroluq bazar dəyərinə yaxın rəqəmdir.

Futbolçunun əsas mövqeyi dayaq yarımmüdafiəsi olsa da, ehtiyac yaranarsa, hücumameyilli rolda da çıxış edə bilir. “Atletiko” ötən mövsümü La Liqada 3-cü pillədə başa vurub.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"