14 dekabr 2025. Bazar günü

"Real" rekord gəlir əldə edib


"Real" rekord gəlir əldə edib

Madrid “Real”ı 2024/2025 mövsümünə dair maliyyə hesabatını yayımlayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “kral klubu” ötən mövsümdə transfer gəlirləri nəzərə alınmadan 1,185 milyard avro gəlir əldə edib. Bu göstərici “Real” tarixində yeni rekord olmaqla yanaşı, ötən mövsümlə müqayisədə 10% artım deməkdir.

Xatırladaq ki, bir il əvvəl “Real” futbol tarixində illik gəliri 1 milyard avronu keçən ilk klub olmuşdu. İndi isə bu rəqəm daha da yüksəlib.

Klubun xalis mənfəəti isə 24,3 milyon avro təşkil edib. Vergilər çıxıldıqdan sonra əldə edilən bu göstərici ilə yanaşı, “Real”ın ümumi xalis kapitalı da 598,3 milyon avroya çatıb.

Qeyd edək ki, “Real” bu yay Klublararası Dünya Çempionatının yarımfinalında “PSJ”yə 0:4 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı. Hazırda komanda yay fasiləsindədir.







İspaniya L.L.

“Qrizmann klubun əfsanəsidir”
  • İspaniya L.L.
  • 22:49 13.12.2025
“Qrizmann klubun əfsanəsidir”
“Rodriqo satılmayacaq”
  • İspaniya L.L.
  • 23:51 12.12.2025
“Rodriqo satılmayacaq”