30 mart 2026. Bazar ertəsi

Vilyam Karvalyu “Betis”dən ayrıldı


Vilyam Karvalyu “Betis”dən ayrıldı

Portuqaliyalı təcrübəli yarımmüdafiəçi Vilyam Karvalyu “Betis”lə yollarını ayırıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

33 yaşlı futbolçu klubdan azad agent kimi ayrılıb.

Karvalyu 2018-ci ilin yayında “Sportinq”dən “Betis”ə transfer olunmuşdu. O, səkkiz mövsüm ərzində İspaniya təmsilçisinin heyətində çıxış edib və bu müddətdə komandanın əsas dayaqlarından birinə çevrilib. “Betis” onun peşəkar karyerasında “Sportinq”dən sonra ikinci klub olub.

Yarımmüdafiəçi Portuqaliya millisinin heyətində 80 oyunda iştirak edib. “Transfermarkt” portalı onun hazırkı bazar dəyərini 1,5 milyon avro olaraq göstərir.

Qeyd edək ki, “Betis” ötən mövsüm La Liqanı altıncı pillədə tamamlayıb və UEFA Konfrans Liqasının finalına yüksəlib. Finalda isə ispan təmsilçisi “Çelsi”yə məğlub olub.







İspaniya L.L.

“Real Madrid"də hamı tənqid olunur”
  • İspaniya L.L.
  • 21:22 29.03.2026
“Real Madrid"də hamı tənqid olunur”
"Ronaldo mənim kumirimdir"
  • İspaniya L.L.
  • 23:58 27.03.2026
"Ronaldo mənim kumirimdir"
“Barselona” kapitanını itirdi
  • İspaniya L.L.
  • 23:39 27.03.2026
“Barselona” kapitanını itirdi
Koke “Atletiko”da qalacaq
  • İspaniya L.L.
  • 23:55 26.03.2026
Koke “Atletiko”da qalacaq
"Barselona"da qalmaq istəyirəm"
  • İspaniya L.L.
  • 23:53 26.03.2026
"Barselona"da qalmaq istəyirəm"
Kilian Mbappe Arbeloadan izahat istədi
  • İspaniya L.L.
  • 22:48 26.03.2026
Kilian Mbappe Arbeloadan izahat istədi