29 iyun 2026. Bazar ertəsi

“Ter Ştegen dünyanın ən yaxşı qapıçısıdır”


“Ter Ştegen dünyanın ən yaxşı qapıçısıdır”

“Barselona”nın sabiq futbolçusu İvan Rakitic komandanın qapıçısı Mark-Andre ter Ştegenin vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın “Goal” nəşrinə istinadən yaydığı xəbərə görə, təcrübəli xorvatiyalı yarımmüdafiəçi alman qolkiperin gələcəkdə əsas heyətdəki yerini qoruyacağına inandığını bildirib:

“Ter Ştegenlə danışdım – özünü motivasiyalı və xoşbəxt hiss edir. Ümid edirəm, zədəsi ciddi deyil və tezliklə qayıdacaq. Onun və Joanın vəziyyəti aydındır. Ter Ştegen oynayacaq. O, kapitan və böyük hörmətə sahib oyunçudur. Kaş “Barselona”nın bütün problemləri bu cür seçim dilemmasından ibarət olaydı. Joan istedadlıdır, lakin yer qazanmaq üçün mübarizə aparmalıdır. La Liqa klubunda çıxış etmək başqadır, “Barselona”da əsas qapıçı olmaq isə tamam başqa məsuliyyətdir. Mən Avropada və dünyada ter Ştegendən daha yaxşı qapıçı görmürəm”.

Qeyd edək ki, bir müddət əvvəl İspaniya mətbuatında Mark-Andre ter Ştegenin artıq “Barselona”nın əsas qapıçısı kimi görülmədiyi iddia olunmuşdu. Klub hazırda yeni mövsümə hazırlıqlarını davam etdirir.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"