3 iyul 2026. Cümə

“Messini sevirəm, amma Ronaldo..."


“Messini sevirəm, amma Ronaldo..."

Madrid “Real”ının sabiq müdafiəçisi Marselo futbol dünyasında daim gündəmdə olan Messi-Ronaldo müqayisəsinə münasibət bildirib.

90deqiqe.Az "Madrid Zone"ə istinadən xəbər verir ki, 37 yaşlı braziliyalı futbolçu uzun illər “Kral klubu”nun heyətində çıxış edərək portuqaliyalı hücumçu ilə sol cinahda tandemdə oynayıb.

“Messi, yoxsa Ronaldo? Leo mənə çox xoş gəlir, amma mən Ronaldonu seçirəm. Onunla sol cinahda oynadım, hər şeyi gördüm”

Marselo 2007–2022-ci illərdə “Real”ın formasını geyinib, bu müddətdə beş dəfə Çempionlar Liqasının qalibi olub. O, 2024-cü ilin fevralında peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Hazırda Kriştianu Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Lionel Messi isə ABŞ-ın “İnter Mayami” komandasının şərəfini qoruyur.







İspaniya L.L.

Arauxo “Barselona”da qalmaq istəyir
  • İspaniya L.L.
  • 23:48 02.07.2026
Arauxo “Barselona”da qalmaq istəyir
"Luka Modriç mənim üçün bütdür"
  • İspaniya L.L.
  • 22:07 30.06.2026
"Luka Modriç mənim üçün bütdür"
"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"