5 dekabr 2025. Cümə

"Real Madrid" yeni mövsümün hazırlığına başlayıb


"Real Madrid" yeni mövsümün hazırlığına başlayıb

“Real” klubu yeni mövsümə hazırlıqlara başlayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə,  avqustun 4-də futbolçular tibbi müayinədən keçib, eyni gün axşam isə ilk məşqinə çıxacaqlar.

Qeyd edək ki, Xabi Alonso rəhbərliyi altında komandası əvvəlki mövsümün son oyunundan – Klublararası Dünya Çempionatının yarımfinalında “PSJ”yə 0:4 hesabı ilə uduzduqları görüşdən – 24 gün sonra məzuniyyətdən qayıdır. Oyunçuların bərpa üçün vaxtı məhdud olub və indi “Real” yeni mövsümə yenilənmiş qüvvə ilə hazırlaşır.

Ötən mövsüm İspaniya La Liqasında 84 xal toplayan “Real” ikinci pilləni tutub. 2025/2026 mövsümünün ilk matçını avqustun 19-da evdə “Osasuna”ya qarşı keçirəcək.







İspaniya L.L.