5 dekabr 2025. Cümə

Ter Ştegen "Barselona"dan narazıdır


Ter Ştegen "Barselona"dan narazıdır

"Barselona" klubunun qapıçısı və kapitanı Mark-Andre ter Ştegenin klubla münasibətlərində gərginlik yaşanır.

90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən yaydığı məlumata görə, alman qolkiper ötən mövsümün son oyunlarında klub rəhbərliyinin onu qəsdən meydana buraxmadığını düşünür. Ter Ştegen hesab edir ki, klub bu addımı onun müqaviləsində nəzərdə tutulan və müəyyən sayda oyunda iştirak etdiyi halda ödəniləcək 3,5 milyon avroluq bonusdan yayınmaq məqsədilə atıb.

Hadisədən məyus olan futbolçu, nəşrin iddiasına görə, klubun digər qapıçısı Joan Qarsiyanın La Liqada qeydiyyatına mane olub. Bundan əlavə, o, "Barselona"nın öz zədəsi ilə bağlı La Liqanın Tibbi Komitəsinə hesabat təqdim etməsi üçün tələb olunan tibbi sənədi imzalamaqdan imtina edib.

Klub və oyunçu arasında yaranan bu narazılığın necə nəticələnəcəyi yaxın günlərdə bəlli olacaq.







İspaniya L.L.