21 mart 2026. Şənbə

Levandovski Joan Qamper Kubokunda oynaya bilməyəcək


Levandovski Joan Qamper Kubokunda oynaya bilməyəcək

"Barselona"nın hücumçusu Robert Levandovski sıradan çxııb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, polşalı forvard zədə səbəbindən bu yaxınlarda baş tutacaq Joan Qamper Kuboku matçını buraxacaq.

36 yaşlı hücumçu sol dizinin arxa hissəsindəki çarpaz bağını zədələyib. Bərpa müddəti hələlik məlum deyil.

"Barselona" və "Komo" arasında Joan Qamper Kuboku matçı avqustun 10-da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Yeni mövsümün birinci turunda "Barselona" səfərdə "Malyorka" ilə qarşılaşacaq. Bu oyun 16 avqustda baş tutacaq.







İspaniya L.L.

Alvaresin əvəzinə Qrinvud
  • İspaniya L.L.
  • 20:52 17.03.2026
Alvaresin əvəzinə Qrinvud
“Betis”dən heç-heçə
  • İspaniya L.L.
  • 23:39 15.03.2026
“Betis”dən heç-heçə