- İspaniya L.L.
- 23:51 04.12.2025
"Barselona"nın ulduz hücumçusu Robert Levandovskinin zədəsinin bərpa müddəti bəlli olub.
90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, təcrübəli polşalı forvard ayaq zədəsinə görə təxminən üç həftə sıradan çıxacaq.
Bu səbəbdən Levandovski La Liqanın yeni mövsümündə komandasına ilk üç oyunda kömək edə bilməyəcək.
2024/2025 mövsümündə Levandovski İspaniya çempionatında 34 matçda iştirak edərək 27 qol vurub və 2 qol ötürməsi edib. Polşalı hücumçu "Barselona" ilə həm La Liqanın qalibi, həm də İspaniya Kral Kubokunun sahibi olub.