29 iyun 2026. Bazar ertəsi

İnyiqo Martinez “Barselona”dan ayrıldı


İnyiqo Martinez “Barselona”dan ayrıldı

Mərkəz müdafiəçisi İnyiqo Martinez “Barselona” ilə yollarını ayırıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

“Onun peşəkarlığına, əzminə, fədakarlığına və iki mövsüm ərzində “blauqrana” formasında göstərdiyi sədaqətə görə təşəkkür edirik. Gələcək karyerasında ona uğurlar arzulayırıq. Hər şey üçün sağ ol, İnyiqo,” – deyə klubun rəsmi açıqlamasında bildirilib.

Yaxın günlərdə ispan müdafiəçi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqavilə imzalayacaq.

Martinez “Barselona”nın heyətində keçirdiyi iki mövsümdə 71 oyuna çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə edib. 34 yaşlı futbolçu Kataloniya təmsilçisi ilə İspaniya çempionluğunu qazanıb.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"