- İspaniya L.L.
- 23:51 04.12.2025
“Real” və Belçika millisinin keçmiş hücumçusu Eden Hazard peşəkar futbolçu karyerasını bitirməsinin səbəbini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, "AS" sabiq futbolçunun dediklərini belə çatdırıb.
“Peşəkar futboldan uzaqlaşdım, çünki oyunun özü ilə bağlı hər şeydən zövq almırdım. Meydanda keçən 90 dəqiqəni sevirdim, amma davamındakı səyahətlər, sonsuz məşqlər və media işığı mənə ağır gəlirdi.
Hazırda məşqçilər futbolçulardan daha çox işləyir, daim köməkçiləri ilə birlikdə kompüter qarşısında otururlar. Bu mənim üçün uyğun deyil. Mən 34 yaşındayam, bəziləri kimi 42 yox. Əgər məşqçi olmaq istəsəm, bunun üçün vaxtım var. İndi isə çox şey görə bilirəm, uşaqlarıma vaxt ayıra bilirəm və daha sakit həyat yaşayıram”
Qeyd edək ki, Hazard karyerası ərzində “Rüaya Stad Brenua”, “Tübiz”, “Lill”, “Çelsi” və Madridin “Real” klublarında çıxış edib. Ən çox matçı (“352”) o, “Çelsi”nin heyətində keçirib. London klubunda çıxış etdiyi dövrdə iki dəfə İngiltərə çempionu, iki dəfə Avropa Liqası qalibi, həmçinin İngiltərə Kuboku və İngiltərə Liqa Kuboku sahibinə çevrilib.