5 dekabr 2025. Cümə

“Barselona” Kristensenlə bağlı qərarını verib


“Barselona” Kristensenlə bağlı qərarını verib

“Barselona” klubunun Andreas Kristensenlə bağlı planları dəyişib.

90deqiqe.Az-ın "Sport.es"ə istinadən məlumatına görə, 29 yaşlı müdafiəçini satmağa hazır olan katalonlar, İnyigo Martinesin komandadan ayrılmasından sonra onu müdafiənin əsas üzvlərindən birinə çevirməyi düşünür.

Danimarkalı futbolçunun mövcud müqaviləsi 2026-cı ilin yayında başa çatır və klub onun sərbəst agent kimi komandadan ayrılmasının qarşısını almaq üçün müqaviləni bir il uzatmaq imkanını müzakirəyə açıqdır.

Andreas Kristensen ötən mövsümün böyük hissəsini aşil tendonunun zədəsi səbəbindən buraxsa da, komandadan getmək istəməyib və Səudiyyə Ərəbistanı ilə İngiltərə Premyer Liqasından gələn təklifləri rədd edib. Transfermarkt portalına görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.







İspaniya L.L.