14 dekabr 2025. Bazar günü

Ferran Torres "Barselona"da qalacaq


Ferran Torres "Barselona"da qalacaq

"Barselona"nın hücumçusu Ferran Torres klubda qalmağa qərar verib.

90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, ötən uğurlu mövsümdən sonra Torres bütün diqqətini “Barselona” ilə irəliləyişi davam etdirməyə cəmləyib. İspaniyalı futbolçu bu səbəbdən gələn heç bir təklifi nəzərdən keçirməyəcək.

"Blauqrana" Torresi 2022-ci ildə "Mançester Siti"dən alıb. 25 yaşlı forvard bütün yarışlarda oynadığı 45 matçda 19 qol vurub və 7 məhsuldar ötürmə edib. Torresin "Barselona" ilə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.







İspaniya L.L.

“Qrizmann klubun əfsanəsidir”
  • İspaniya L.L.
  • 22:49 13.12.2025
“Qrizmann klubun əfsanəsidir”
“Rodriqo satılmayacaq”
  • İspaniya L.L.
  • 23:51 12.12.2025
“Rodriqo satılmayacaq”