18 avqust 2026. Çərşənbə axşamı

Olmo "Barselona" ilə məşqlərə başlayıb


Olmo "Barselona" ilə məşqlərə başlayıb

"Barselona"nın yarımmüdafiəçisi Dani Olmo komanda ilə məşqlərə başlayıb.

90deqiqe.Az-ın “EasportsRAC1”ə istinadən məlumatına görə, futbolçu səhhətindəki bütün problemləri həll edib və “blauqrana” ilə məşqlərə başlayıb.

Ötən mövsüm 27 yaşlı Olmo bütün turnirlərdə 39 matçda meydana çıxıb, 12 qol vurub və 7 məhsuldar ötürmə edib. İspan futbolçunun "Barselona" ilə müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulub.Transfermarkt mütəxəssisləri futbolçunun qiymətini 60 milyon avro qiymətləndirir.

Avqustun 16-da “Barselona” səfərdə “Malyorka” ilə qarşılaşacaq. La Liqanın ilk turu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.







İspaniya L.L.

“Barselona” “Bazel”i məğlub edib
  • İspaniya L.L.
  • 20:52 16.08.2026
“Barselona” “Bazel”i məğlub edib