21 mart 2026. Şənbə

“2020-ci il karyeramın zirvəsi idi, amma “Qızıl top”u qazanmadığımı hələ də bilmirəm"


“2020-ci il karyeramın zirvəsi idi, amma “Qızıl top”u qazanmadığımı hələ də bilmirəm"

Polşalı hücumçu Robert Levandovski 2020-ci ildə "Qızıl top" mükafatının ona verilməməsini hələ də qəbul edə bilmir.

90deqiqe.Az-ın "Derbyderbyderby.it"ə istinadən məlumatına görə, təcrübəli futbolçu həmin ilin onun karyerasında ən parlaq dövr olduğunu bildirib:

“2020-ci ildə karyeramın zirvəsini yaşadım. Klubla birgə bütün turnirlərdə qalib gəldik. Həmin il “Bavariya” ilə Çempionlar Liqasını qazandıq. Hələ də anlamıram ki, nə üçün “Qızıl top”u mənə vermədilər"

Qeyd edək ki, 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən "Qızıl top" mükafatı təqdim olunmamışdı. Həmin mövsümdə Robert Levandovski bütün yarışlarda dominant çıxış etmiş və Avropanın ən məhsuldar hücumçusu olmuşdu.

Hazırda 35 yaşlı futbolçu karyerasını İspaniyanın “Barselona” klubunda davam etdirir.







İspaniya L.L.

Alvaresin əvəzinə Qrinvud
  • İspaniya L.L.
  • 20:52 17.03.2026
Alvaresin əvəzinə Qrinvud
“Betis”dən heç-heçə
  • İspaniya L.L.
  • 23:39 15.03.2026
“Betis”dən heç-heçə