29 iyun 2026. Bazar ertəsi

“Onun xüsusi biri olduğu 50 dəqiqəyə bəlli oldu”


“Onun xüsusi biri olduğu 50 dəqiqəyə bəlli oldu”

“Barselona”nın polşalı hücumçusu Robert Levandovski gənc komanda yoldaşı Lamin Yamal haqqında yüksək fikirlər səsləndirib.

90deqiqe.Az-ın "Derbyderbyderby.it"ə istinadən məlumatına görə, təcrübəli forvard gənc ulduzun nadir istedada sahib olduğunu bildirib:

“Karyeramda ilk dəfə idi ki, bir futbolçunun qeyri-adi olduğunu cəmi 50 dəqiqəyə anladım. Onun nə qədər istedadlı və fərqli biri olduğu elə ilk hissədən bəlli idi”, – deyə Levandovski bildirib.

Qeyd edək ki, Lamin Yamal hazırda “Barselona”nın əsas hücum silahlarından biri hesab olunur və İspaniya millisində də çıxış edir. Yalnız 17 yaşı olan futbolçu artıq La Liqada və beynəlxalq arenada fərqlənməyi bacarıb.

Robert Levandovski isə 2022-ci ildən bəri Kataloniya klubunun formasını geyinir. O, “Barselona”ya keçməzdən əvvəl 8 il “Bavariya”nın uğurları üçün çalışıb.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"