15 may 2026. Cümə

“Barselona”da olmaq əla hissdir”


“Barselona”da olmaq əla hissdir”

"Barselona"nın yeni transferi Markos Rəşford komanda yoldaşları barədə təəssüratlarını bölüşüb.

90deqiqe.Az-ın "Barca Universal"a istinadən məlumatına görə, ingiltərəli hücumçu Kataloniya klubundakı futbolçuların yanaşma və oyun tərzini yüksək qiymətləndirib:

“Barselona”nın futbolçuları ilə oynamaq əla hissdir. Onlar daim enerji ilə doludurlar və meydanda böyük yetkinlik göstərirlər. Nə zaman hansı bacarıqdan istifadə etməli olduqlarını yaxşı bilirlər. Bu, İngiltərədən fərqlənir – orada daim fərdi ustalığını göstərmək tələb olunur”.

Xatırladaq ki, “Barselona” Rəşfordu yay transfer pəncərəsi çərçivəsində “Mançester Yunayted”dən icarəyə götürüb. Futbolçunun rəsmi debütü avqustun 16-da La Liqanın ilk turunda “Malyorka”ya qarşı baş tutacaq oyunda gözlənilir.

Bununla belə, hazırda Rəşfordun La Liqada qeydiyyatı hələ tamamlanmayıb və bu səbəbdən onun debütü sual altındadır.







İspaniya L.L.

 “Valensiya” evdə xal itirdi
  • İspaniya L.L.
  • 23:47 14.05.2026
“Valensiya” evdə xal itirdi
Mbappe “Real”ın heyətinə qayıtdı
  • İspaniya L.L.
  • 21:51 14.05.2026
Mbappe “Real”ın heyətinə qayıtdı