12 aprel 2026. Bazar günü

"Real" yeni transferini bu tarixdə təqdim edəcək


"Real" yeni transferini bu tarixdə təqdim edəcək

İspaniyanın “Real Madrid” klubu avqustun 14-də yeni futbolçusunu rəsmi olaraq təqdim edəcək.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, həmin gün argentinalı yarımmüdafiəçi Franko Mastantuono ilə 6 illik müqavilə imzalanacaq.

Təqdimat mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Əvvəlcə klub prezidenti Florentino Peres imza mərasimini keçirəcək, ardından isə Mastantuono “Santyaqo Bernabeu” stadionunda azarkeşlər və jurnalistlər qarşısına çıxacaq.

18 yaşlı futbolçu “River Plate”dən transfer olunub. “Real” onun 45 milyon avro məbləğindəki müqavilə şərtini (klauzulasını) aktivləşdirib. Qeyd edək ki, təqdimat günü Mastantuononun doğum gününə də təsadüf edir.







İspaniya L.L.

Mbappe “Bavariya”ya qarşı oynayacaq
  • İspaniya L.L.
  • 18:44 12.04.2026
Mbappe “Bavariya”ya qarşı oynayacaq
“Bu hələ son deyil”
  • İspaniya L.L.
  • 23:53 11.04.2026
“Bu hələ son deyil”
“42 xal hədəfimizdir”
  • İspaniya L.L.
  • 18:26 11.04.2026
“42 xal hədəfimizdir”
Yamal üçün yaxşı xəbər
  • İspaniya L.L.
  • 18:16 11.04.2026
Yamal üçün yaxşı xəbər
"Real"dan vacib xal itkisi
  • İspaniya L.L.
  • 01:12 11.04.2026
"Real"dan vacib xal itkisi