2 iyul 2026. Cümə axşamı

"Messi dünyanın ən yaxşısıdır"


"Messi dünyanın ən yaxşısıdır"

“Real Madrid” bu gün argentinalı yarımmüdafiəçi Franko Mastantuononun təqdimat mərasimini keçirib.

90deqiqe.Az xəbər verir ki, ilk mətbuat konfransında gənc futbolçu diqqətçəkən açıqlama verib:

“Dünyanın ən yaxşı futbolçusu? Mənim üçün bu, Messidir. Mən argentinalıyam”, – deyə o, “Barselona”nın əfsanəvi oyunçusu Lionel Messini ön plana çıxarıb.

Futbolçu 18 yaşını tamamladığı gün Madrid klubu ilə bağladığı müqavilə qüvvəyə minib.

Gənc yarımmüdafiəçi “Real”dakı debüt mövsümündə 30 nömrəli forma ilə çıxış edəcək. Bu isə o deməkdir ki, futbolçu hələlik əsas heyət üçün La Liqa sifariş siyahısına daxil edilməyib. Qaydalara görə, İspaniya çempionatında əsas komandada oynayan futbolçular 1-dən 25-ə qədər nömrələr altında qeydiyyata alınır.







İspaniya L.L.

"Luka Modriç mənim üçün bütdür"
  • İspaniya L.L.
  • 22:07 30.06.2026
"Luka Modriç mənim üçün bütdür"
"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"