- İspaniya L.L.
- 23:51 04.12.2025
“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo baş məşqçi Hans-Diter Flikə komandanın əsas fiqurlarından biri olmaq istədiyini açıq şəkildə bildirib.
90deqiqe.Az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, 26 yaşlı futbolçu Flikin sistemində “kölgədə qalan oyunçu” statusu ilə barışmaq niyyətində deyil. Olmo komandanın heyətində rəqabətin böyük olduğunu dərk edir, lakin əsas oyunçulardan birinə çevrilməkdə israrlıdır.
İspaniya La Liqasının ilk turunda “Barselona” səfərdə “Malyorka”nı 3:0 hesabı ilə məğlub edib. Həmin görüşdə Dani Olmo fasilədən sonra meydana daxil olub və ikinci hissəni tam oynayıb.
Kataloniya klubu növbəti matçını avqustun 23-də səfərdə “Levante”yə qarşı keçirəcək.