5 dekabr 2025. Cümə

"La Liqada daha sıx müdafiə olacaq, amma hər oyun belə olmayacaq"


"La Liqada daha sıx müdafiə olacaq, amma hər oyun belə olmayacaq"

"Barselona"nın hücumçusu Marus Reşford La Liqada rəqiblərin daha sıx müdafiə etməsinin özü üçün problem yaradıb-yaratmayacağına cavab verib.

90deqiqe.Az xəbər verir ki, "Barca Universal" onun dediklərini belə çatdırıb.

"Düşünürəm ki, bəli. İspaniyada az sərbəst məkan var. Lakin məncə, "Malyorka" ilə oyun nadir bir hadisə idi, çünki onların iki oyunçusu qırmızı vərəqə ilə meydandan qovuldu və bütün komanda müdafiəyə çəkildi. Amma hər oyun belə olmayacaq"

"Barselona" hazırkı transfer pəncərəsində Reşfordu "Mançester Yunayted"dən icarəyə götürüb. Futbolçu İspaniya çempionatının ilk turunda "Malyorka" ilə qarşılaşmada (3:0) debüt edib, cinah yarımmüdafiəçisi 69-cu dəqiqədə əvəzedici heyətlə meydana çıxıb.







İspaniya L.L.