15 may 2026. Cümə

“Barselona” Oriol Romeu ilə yollarını ayırır


“Barselona” Oriol Romeu ilə yollarını ayırır

“Barselona” heyətində dəyişikliklər edir.

90deqiqe.Az-ın "Marca"ya istinadən məlumatına görə, kataloniyalılar yarımmüdafiəçi Oriol Romeu ilə müqaviləyə xitam verilməsi barədə razılığa gəlib.

Məlumata görə, Romeunun gedişi “Barselona”ya polşalı qapıçı Voyçex Şesnini qeydiyyatdan keçirmək imkanı yaradacaq.

33 yaşlı futbolçu ötən mövsümü icarə əsasında “Jirona”da keçirib. Onun bazar dəyəri “Transfermarkt” tərəfindən 1,2 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Hans-Diter Flikin rəhbərlik etdiyi “Barselona” La Liqanın ilk turunda səfərdə “Malyorka”nı 3:0 hesabı ilə məğlub edib. Komanda növbəti görüşünü avqustun 23-də səfərdə “Levante”yə qarşı keçirəcək.







İspaniya L.L.

 “Valensiya” evdə xal itirdi
  • İspaniya L.L.
  • 23:47 14.05.2026
“Valensiya” evdə xal itirdi
Mbappe “Real”ın heyətinə qayıtdı
  • İspaniya L.L.
  • 21:51 14.05.2026
Mbappe “Real”ın heyətinə qayıtdı