5 dekabr 2025. Cümə

Brahim Dias “Real”da qalacaq


Brahim Dias “Real”da qalacaq

“Real”ın yarımmüdafiəçisi Brahim Diasın gələcəyi ilə bağlı qeyri-müəyyənlik aradan qalxmaq üzrədir.

90deqiqe.Az-ın "Madrid Universal"a istinadən məlumatına görə, “Milan”dakı icarə müddətini başa vurduqdan sonra yenidən Madrid klubuna qayıdan 26 yaşlı futbolçu əsas heyətdə daim şans qazanmasa da, rəhbərlik onun xidmətlərindən imtina etmək fikrində deyil. 

Diasın transferi ilə PSJ maraqlansa da lakin danışıqlar nəticəsiz başa çatıb.

Hazırda yayılan xəbərlərə əsasən, ispan klubu Diasla yeni müqavilə imzalamağa yaxındır. Futbolçunun hazırkı sözləşməsi 2027-ci ilin yayına qədər qüvvədədir.







İspaniya L.L.