5 dekabr 2025. Cümə

"Barselona"dan Levandovski ilə bağlı mühüm açıqlama


"Barselona"dan Levandovski ilə bağlı mühüm açıqlama

"Barselona" klubu hücumçusu Robert Levandovski ilə bağlı açıqlama yayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, polşalı futbolçu tam sağalaraq həkimlərdən meydana qayıtmaq üçün icazə alıb.

Bu səbəbdən Levandovskinin adı baş məşqçi Hans-Diter Flikin İspaniya La Liqasının növbəti turunda “Levante”yə qarşı keçirəcəkləri oyunun iştirakçı siyahısına daxil edilib. Qarşılaşma avqustun 24-də, Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

Qeyd edək ki, La Liqanın ilk turunda “Barselona” səfərdə Robert Levandovskisiz “Malyorka”ya qarşı oynayıb və rəqibini 3:0 hesabı ilə məğlub edib.







İspaniya L.L.