21 mart 2026. Şənbə

“Heyətdən razıyam, amma...”


“Heyətdən razıyam, amma...”

“Real Madrid”in baş məşqçisi Xabi Alonso yay transfer pəncərəsində yeni transferlərin olub-olmayacağına dair sualı cavablandırıb.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis komandanın hazırkı durumundan razı olduğunu, lakin dəyişikliklərə də açıq olduqlarını bildirib.

“Hazırkı heyətimizdən razıyam. Amma hər zaman mümkün dəyişikliklərə hazır olmalıyıq. Daim sistemimiz və onun inkişafı haqqında danışırıq. Hələ az sayda oyun keçirmişik, bu səbəbdən məlumat bazamız geniş deyil. Fərqli oyun sistemləri var və biz çevik ola bilərik,” – deyə Alonso jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Hazırda ispan çalışdırıcı komandasını La Liqa çərçivəsində baş tutacaq səfər oyununa hazırlayır. “Kral klubu” 24 avqust, bazar günü “Real Oviedo” ilə qarşılaşacaq.







İspaniya L.L.

Alvaresin əvəzinə Qrinvud
  • İspaniya L.L.
  • 20:52 17.03.2026
Alvaresin əvəzinə Qrinvud
“Betis”dən heç-heçə
  • İspaniya L.L.
  • 23:39 15.03.2026
“Betis”dən heç-heçə